Şabranda çaydan meyitləri tapılan şəxslərin KİMLİYİ məlum oldu

Şabranda çaydan meyitləri tapılan şəxslərin KİMLİYİ məlum oldu

Hazırda oxunan: Şabranda çaydan meyitləri tapılan şəxslərin KİMLİYİ məlum oldu

244597

Xəbər verdiyimiz kimi Şabranda çaydan iki meyit tapılıb.

Belə ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün FHN-ə müraciət daxil olub.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Şabran icra başçısının müavini İlkin Ağayev Bizim.Media-ya açıqlamasında meyiti tapılan şəxslərin kimliyini açıqlayıb. O, qeyd edib ki, Xəlfələr kəndindən keçən hissəsində batan şəxslər - Siyəzən OYL-un əməkdaşı Nurməmməd Qəhrəman oğlu Məmmədov və Etibar Nağıyevin meyiti tapılıb. N.Məmmədov Şirvan, E.Nağıyev isə Salyan rayon sakinidir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO