Xəbər verdiyimiz kimi, ötən gün Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, sosial şəbəkədə hadisənin görüntüləri yayılıb.
Görüntülərdən məlum olur ki, şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və P. Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib.
Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər.
Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qeyd edək ki, 42 yaşlı Pərviz Həyatullayev 4 uşaq atası idi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:34 / 17.04.2025
Pərviz onları seldən xilas etmək istəyərkən HƏYATINI İTİRDİ – VİDEO
Hazırda oxunan: Pərviz onları seldən xilas etmək istəyərkən HƏYATINI İTİRDİ – VİDEO
Hazırda oxunan: Pərviz onları seldən xilas etmək istəyərkən HƏYATINI İTİRDİ – VİDEO
244563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.