Növbəti mövsümdən "Şamaxı"nın U-21-in bazası kimi formalaşacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi indidən bu yöndə işlərə start verib.
Həm də U-21-in baş məşqçisi olan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov milli komandada sərəncamında olan bəzi futbolçuları yeni mövsümdən Şamaxıya gətirməyi düşünür.
Belə ki, Abbasov "Sumqayıt"dan Nihat Əhmədzadə, Sənan Muradlı, "Neftçi"dən Murad Məmmədov, "Turan Tovuz"dan Sadiq Şəfiyevi "Şamaxı"da görmək istəyir.
Lakin bunun üçün adları çəkilən futbolçuların klublarının icazəsi lazımdır. Artıq klub rəhbərliyi həmin komandalarla da danışıqlara start verib.
Rəşad Rafiqoğlu, Bizim.Media