Bakı küçələri “QAYDASIZ DÖYÜŞ” meydanına bənzəyir - 150 manatlıq SÜRÜCÜLƏR 

Bakı küçələri “QAYDASIZ DÖYÜŞ” meydanına bənzəyir - 150 manatlıq SÜRÜCÜLƏR 

Hazırda oxunan: Bakı küçələri “QAYDASIZ DÖYÜŞ” meydanına bənzəyir - 150 manatlıq SÜRÜCÜLƏR 

24439

Paytaxt küçələri yol-hərəkət qaydalarını bilməyən sürücülərlə dolub. Müşahidələr və araşdırmalar göstərir ki, son vaxtlar baş verən qəzaların çoxu qeyri-peşəkar, təcrübəsi olmayan və yol-hərəkəti qaydalarını bilməyən sürücülər tərəfindən törədilir. Əlbəttə ki, bu məsələyə saxta sürücülük kursları keçən və ya saxta sürücülük vəsiqəsi əldə edənlər də daxildir.

Peşəkar fəaliyyətlə məşğul olmayan sürücülük məktəblərı, təklif və xidmətlərinin əlçatanlığı, bu sahəyə maraq göstərən saxta sürücü kütləsinin böyüməsi ilə nəticələnir.

Artıq xanımlar arasında da sürücülüyə meyl artıb. Statistik göstəricilərə görə hər il 6 minədək xanım sürücülük hüququ qazanır. Mütəxəssislərin dediyinə görə, ən çox yol-hərəkəti qaydalarını pozan və qəza şəraiti yaradanlar da elə məhz qadın sürüclərdir. Amma istər qadın, istərsə də kişi sürücülər arasında sükan arxasındakı məsuliyyəti və təhlükəni dərk etməyən çox sayda insan var. 

Bəs, necə edək ki, maşın “sevdasına” düşən səriştəsizlərin qurbanına çevrilməyək? Saxta kurs və vəsiqlərin qarşısını necə alaq?

Mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşən yol-nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə bu məsələnin köklü səbəbi sürücülük məktəblərinin peşəkarlıq səviyyəsinin aşağı olmasıdır:

“Sürücülük məktəblərinin məsələyə qeyri-ciddi yanaşmasından söhbət gedir. Bu məktəb sürücülüklə bağlı diplom verir, bunun əsasında isə şəxs yol polisində imtahan verir. Bu ilkin hazırlıq sıfır səviyyəsindədir. Şəxs evdə fərdi qaydada hazırlaşır, bilir ki, iki dəfə imtahandan keçə bilməsə, yenidən sürücülük məktəbi oxumalıdır. Ona görə də adını hansısa sürücülk məktəbinə yazdırır. 40 gün və ya 2 aydan sonra diplomunu alır, həftədə 1 dəfə yol polisində imtahana gedir. Cəmi 10 manat rüsum ödəməklə qəbul olanadək imtahanda iştirak edir. Nə vaxt bəxti gətirsə, imtahandan keçəcək. Bəs məktəb nə iş gördü? 60-80 və ya 100 manat pul alır, boş-boşuna isə diplom verir. Beləliklə kor-koranə sürücülər yetişir. Sürücü belə olmur”.

Ekspert qeyd edib ki, sürücünün peşəkarlıq səviyyəsi və psixoloji durumu ölçülməlidir:

“Həm sürücülük məktəbləri, həm də tibbi arayış formaldır. Tibbi arayışın 50 manat qiyməti var. İstənilən polinklinika bu bizneslə məşğuldur və kökü olmayan sürücü bazası yetişdiririk. Bunları ciddi nəzarətə götürmək lazımdır. Bir çox ölkələr bu məktəblərlə bağlı ciddi addımlar atıblar və belə məktəbləri sıfırlayıblar. Yeni məktəblər yaradaraq nəzarət funksiyasını artırıblar. Hesab edirəm ki, sürücülük məktəblərinin təkmilləşdirilməsinə ciddi nəzarət olunmalıdır. Bununla bağlı prezident İlham Əliyev tərəfindən 2018-ci ildə yol-hərəkəti təhlükəsizliyinə dair 2019-2023 cü illər üçün Dövlət Proqramı təsdiqlənib. Bu istiqamətdə hələki heç bir addım atılmayıb. Atılması vacibdir. Çünki hər şey oradan başlayır”.

Yol qəzalarının artmasına gəlincə Elməddin Muradlı bu məsələdə qadın və kişi sürücülərinin bölünməsi ilə razılaşmayıb. O, deyib ki, hər iki tərəfin günahları olur:

“Elə yol nəqliyyat hadisələri var ki, orada elə qadın sürücülər üz-üzə gəlir, toqquşur, yaxud bir-birinə yol vermir. Kobud qayda pozanlar da az deyil. Çünki qadın təlimçilər sıfır səviyyəsindədir. Maşın alan hər kəs üstünə təlim yazıb, küçədə pul qazanır. Bu son vaxtlar dəb halını alıb. Onların özlərinə elə təlim keçmək lazımdır. Fikrimcə, qeyd olunan Dövlət Proqramından irəli gələrək məsələni kökündən həll etmək lazımdır. Sürücü ömür boyu sükana sahib olacaq bir şəxsdir. Bu biliklərə malik deyilsə, ondan sürücü olmayacaq”.

Alçina Amlqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO