Bakıda körpələr evində YANĞIN

Bakıda körpələr evində YANĞIN

Hazırda oxunan: Bakıda körpələr evində YANĞIN

244388

Paytaxtdakı 332 nömrəli körpələr evi-uşaq bağçasında məhdud hissədə yanğın baş verib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
 

Bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.


Bağçadakı uşaqların və işçilərin, həmçinin yaxın ərazidə yerləşən 162 nömrəli tam orta məktəbin şagird və müəllim kontingentinin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO