Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu aprelin 15-də Əcəxur kəndində baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, görüşdə icra hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, sakinlər iştirak edib.
Qəbulda vətəndaşlar kəndin mavi yanacaqla, fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi, pay torpaqlarının kol-kosdan təmizlənməsi üçün icazənin alınmasına köməklik göstərilməsi, pensiya ilə təminat və digər məsələlər ilə bağlı müraciətlərini səsləndiriblər.
Rayon İH başısı Sahir Məmmədxanov sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.