Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox ərazilərində, o cümlədən Nərimanov rayonu, “Ulduz” metro stansiyasının yaxınlığında yerləşən keçmiş Bakı Şin Zavodunun fasadını bəzəyən nadir monumental sənət nümunəsi olan mozaikanın bərpası üzrə genişmiqyaslı işlər həyata keçirilib.
Bizim.Media xəbər verir ki, artıq Bakının bir neçə məkanında – Nəsimi rayonunda, Tbilisi prospekti 54 ünvanında, Xəzər rayonunda Zaqulba prospektində yerləşən sanatoriyanın yaxınlığında, eləcə də Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən monumental mozaika nümunələri də bərpa olunub.
Bu işlər bir sıra digər ünvanlarda da davam etdirilir. Bu layihə paytaxtın mədəni həyatında yeni bir səhifə açaraq, zamanın itirilmiş nəfəsini şəhər sakinlərinə və gələcək nəsillərə qaytarır.
Beləliklə, mozaika şəhərimizin canlı bədii elementi kimi keçmişlə gələcəyin, sənətlə gündəlik həyatın, sənaye tarixi ilə müasir ekoloji şəhərsalmanın arasında körpü rolunu oynayır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:30 / 15.04.2025
İDEA Bakıda mozaikaların bərpasını davam etdirir – FOTO
Hazırda oxunan: İDEA Bakıda mozaikaların bərpasını davam etdirir – FOTO
Hazırda oxunan: İDEA Bakıda mozaikaların bərpasını davam etdirir – FOTO
244264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.