Bakıda ticarət mərkəzi YANDI

Bakıda ticarət mərkəzi YANDI

Hazırda oxunan: Bakıda ticarət mərkəzi YANDI

244202

Buzovnada ticarət mərkəzi yanıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğın söndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 2000 m² olan birmərtəbəli ticarət mərkəzinin ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş verən yanğın havanın küləkli olmasına baxmayaraq, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik müxtəlif təyinatlı mağazalar, ümumilikdə 214 m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO