İspaniyalı ulduz tennisçinin qazancı 40 milyonu KEÇDİ

İspaniyalı ulduz tennisçinin qazancı 40 milyonu KEÇDİ

Hazırda oxunan: İspaniyalı ulduz tennisçinin qazancı 40 milyonu KEÇDİ

244162

“Böyük Dəbilqə” seriyalı turnirlərin dördqat qalibi və dünya reytinqinin iki nömrəsi, ispaniyalı tennisçi Karlos Alkarasın karyerası ərzində qazandığı mükafatın həcmi 40 milyon dolları ötüb.

Bizim.Media xəbər verir ki, 21 yaşlı idmançı Monte Karloda keçirilən “Masters” yarışında qalib gəldiyinə görə 1 037 674 dollar qazanıb.
 

Beləliklə də, onun ümumi qazandıqları 40 231 787 dollara çatıb.


Alkaras tennis tarixində həm kişilər, həm də qadınlar arasında 40 milyon dolları keçən 11-ci oyunçu olub. Bu göstərici üzrə kişilər arasında lider “Böyük Dəbilqə”nin 24 qat qalibi serbiyalı Novak Cokoviçdir (186 933 983 dollar). Qadınlar arasında ən çox qazanan 23 qat çempion amerikalı Serena Vilyamsdır (94 816 730 dollar).

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO