TRAGİKOMİK QƏZA – Bütün sərnişinlər öldü, qurbanlıq keçi SAĞ QALDI – FOTO

TRAGİKOMİK QƏZA – Bütün sərnişinlər öldü, qurbanlıq keçi SAĞ QALDI – FOTO

Hazırda oxunan: TRAGİKOMİK QƏZA – Bütün sərnişinlər öldü, qurbanlıq keçi SAĞ QALDI – FOTO

244091

Hindistanda 4 nəfər qurbanlıq mərasimindən qayıdarkən yol qəzasında ölüb. Qurbanlıq keçiyə isə heç bir zərər dəyməyib.

Bizim.Media “Bharat News”a istinadən xəbər verir ki, aprelin 10-da dörd nəfər Narsinghpur rayonundakı Dev Maharaj məbədində dini ritual keçirərək keçinin qulağını kəsiblər.
 

Qəza isə məbəddən qayıdarkən baş verib. Çarqavan yaxınlığında sürücü idarəetməni itirərək körpüdən Somvati çayına düşüb. Qəza nəticəsində iki nəfər yerindəcə, daha iki nəfər isə xəstəxanada dünyasını dəyişib. Lakin keçi möcüzə nəticəsində qəzadan heç bir xəsarət almadan qurtulub.


Yerli sakinlərin sözlərinə görə, qəzadan sonra avtomobildən bir şüşə spirtli içki tapılıb. Bu isə qəza zamanı sürücünün sərxoş olması ehtimalını gündəmə gətirib. 

Məlumat üçün bildirək ki, Hindistanın bəzi bölgələrində qurban ritualı kimi heyvanların, o cümlədən keçilərin qulağı və ya digər bədən hissələri kəsilə bilər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO