DİQQƏT: Tələbələrə ictimai nəqliyyatdan istifadə ÖDƏNİŞSİZ olacaq?

DİQQƏT: Tələbələrə ictimai nəqliyyatdan istifadə ÖDƏNİŞSİZ olacaq?

Hazırda oxunan: DİQQƏT: Tələbələrə ictimai nəqliyyatdan istifadə ÖDƏNİŞSİZ olacaq?

244082

Milli Məclisin deputatı Razi Nurullayev pensiyaçılara, tələbələrə və həssas kataqoriyadan olan şəxslərə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib.

Qeyd edək ki, bir sıra inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda ödənişlə bağlı müxtəlif yeniliklər təqdim olunur. Bu yeniliklər gediş haqqının müxtəlif kartlarla ödənilməsi, eləcə də müəyyən qruplara güzəştlərlə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Avtobuslarda məsafəyə uyğun ödəniş tətbiq OLUNACAQ? - RƏSMİ AÇIQLAMA


Bəs, deputatın bu təklifi qanuniləşə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Ceyhun Məmmədovun sözlərinə görə bu, bir fərdin qərarı ilə olan məsələ deyil. Dövlət qurumları, özəl şirkətlər müzakirə edib hansısa addımlar ata bilərlər:

“Məsələ Azərbaycan cəmiyyətində dəfələrlə müzakirə olunub. Nəzərə almalıyıq ki, nəqliyyat sistemimiz özəl sistemdir, yəni, qazandığı qazanc əsasında öz fəaliyyətini qurur. Biz  bu gün güzəştləri artırdıqca onların gəlirlərinə, xərclərinə də öz təsirini göstərəcək.

Dünya təcrübəsinə gəlincə, Ceyhun Məmmədov tələbələr üçün xaricdə müxtəlif güzəştlərin olduğunu vurğulayıb:

“Mən bu məsələni bir neçə dəfə müzakirəyə çıxarmışam. Yəni tələbələr gün ərzində 3-4 nəqliyyat  dəyişirlər. Tələbələrimiz və onlara dəstək üçün müxtəlif güzəştlər etməliyik. Amma bütün kateqoriyaya güzəşt estək, bu artıq əlavə məsələlər yaradacaq. Gərək dövlət özəl sahəyə əlavə subsudiya versin. Ona görə də bu gün tələbələrə güzəştlər məqsədəuyğundur”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO