Qarabağ Universitetini seçən tələbələrə təşəkkür düşür – Nazir

Qarabağ Universitetini seçən tələbələrə təşəkkür düşür – Nazir

Hazırda oxunan: Qarabağ Universitetini seçən tələbələrə təşəkkür düşür – Nazir

243996

“Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakultəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi Xocalıda fəaliyyətə başlayacaq.

"Qarabağ Universiteti məhz Azərbaycan suverenliyin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitetdir. Bu universitetin mahiyyəti tələbələridir. Bu şəhərin bərpasında və inkişafında tələbələrin rolu böyükdür, odur ki, buranı seçən tələbələrə təşəkkür düşür. Çünki burdakı tələbələrin çox başqa universiteti də seçə bilərdi. Hüquq fakültəsinə qəbul olan 600 baldan çox yığan tələbələrdir", - E.Əmrullayev əlavə edib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO