Ronaldo qollarının sayını 933-ə ÇATDIRDI

Ronaldo qollarının sayını 933-ə ÇATDIRDI

Hazırda oxunan: Ronaldo qollarının sayını 933-ə ÇATDIRDI

243978

Səudiyyə Ərəbistanı Liqasında 27-cı turun matçları keçirilir.

Bizim.Media xəbər verir ki, Kriştiano Ronaldonun komandası “Əl-Nəsr” öz meydanında “Əl-Riyad”ı qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb.
 

Bu qələbə sayəsində “Əl-Nəsr” 57 xalla 3-cü pillədəki yerini qoruyub. Lider “Əl-İttihad”ın 65, ikinci yerdəki “Əl-Hilal”ın 58 xalı var.


Kriştiano Ronaldo “Əl-Riyad”la matçda dubl etməklə komandasına qələbə qazandırıb. 40 yaşlı portuqaliyalı futbolçu 56 və 64-cü dəqiqədə fərqlənib.

Bununla da, futbol tarixinin ən yaxşı bombardiri olan Ronaldo peşəkar karyerasındakı qolların sayını 933-ə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO