Bundesliqanın 29-cu turunun mərkəzi qarşılaşması “Bavariya” və “Borussiya Dortmund” klubları arasında keçirilib.
Bizim.Media xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma heç-heçə başa çatıb - 2:2.
Oyunda hesabı görüşün 48-ci dəqiqəsində “Borussiya Dortmund” açıb. Dortmundluların sürətli əks-hücumunda Maksimilian Bayer dəqiq baş zərbəsi ilə topu yaxın məsafədən qapıya göndərib.
Lakin “Bavariya” qarşılaşmanın 65-ci dəqiqəsində hesabda tarazlığı bərpa edib. Serge Qnabrinin sol cinahdan başlatdığı hücumu müdafiəçi Rafael Qerrero qolla tamamlayıb - 1:1. Bu qoldan dörd dəqiqə sonra “Bavariya” hesabda irəli çıxıb.
Serge Qnabri driblinqini qolla başa çatdıraraq adını tabloya yazdırıb - 2:1. Görüşün 75-ci dəqiqəsində isə “Borussiya Dortmund”un müdafiəçisi Valdemar Anton oyunda bərabərlik qolunu vurub - 2:2. Görüş bu hesabla da başa çatıb.
Münxenlilərin ən yaxın izləyicisi “Bayer Leverkuzen” də bu turda xal itirib. Leverkuzen təmsilçisi doğma meydanda “Union Berlin” ilə qolsuz heç-heçə edib.
Turun bu gün oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
“Hoffenhaym” - “Maynts” - 2:0
“Borussiya Münxenqladbax” - “Frayburq” - 1:2
“Boxum” - “Auqsburq” - 1:2
“Holstayn Kiel” - “St Pauli” - 1:2.
Tura aprelin 13-də keçiriləcək “Ştutqart” - “Verder Bremen” və “Ayntraxt Frankfurt” - “Haydenhaym” oyunları ilə yekun vurulacaq.
Xatırladaq ki, Bundesliqanın 29-cu turunun açılış matçında “Volsfurq” öz meydanında “Leyptsiq”ə uduzub - 2:3.
Bundesliqaya 69 xalla “Bavariya” liderlik edir. İkinci sırada 63 xalla “Bayer Leverkuzen” qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
05:44 / 13.04.2025
“Bavariya” “Borussiya Dortmund”la sülh bağladı - FOTO
Hazırda oxunan: “Bavariya” “Borussiya Dortmund”la sülh bağladı - FOTO
Hazırda oxunan: “Bavariya” “Borussiya Dortmund”la sülh bağladı - FOTO
243818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.