Azərbaycan Basketbol Liqasına (ABL) xarici hakimlər dəvət olunub.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Çempionatın pley-in və pley-off mərhələlərinin oyunlarını idarə etmək üçün FİBA dərəcəli iki əcnəbi hakimə dəvət göndərilib.
Təcrübəli referilər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq pley-inin ilk oyununda da hakimlər briqadasında yer alıblar. Bu addım həm matçların daha ədalətli keçməsi, həm də gənc yerli hakimlərin təcrübə toplamasına xidmət edir.
Qeyd edək ki, pley-in mərhələsinin ilk oyunları aprelin 10-11-də keçirilib. İkinci görüşlər ayın 13-14-də baş tutacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:40 / 12.04.2025
Azərbaycan Liqasında oyunları əcnəbi hakimlər idarə EDƏCƏK
Hazırda oxunan: Azərbaycan Liqasında oyunları əcnəbi hakimlər idarə EDƏCƏK
Hazırda oxunan: Azərbaycan Liqasında oyunları əcnəbi hakimlər idarə EDƏCƏK
243756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.