UFC ilk dəfə Azərbaycanda

UFC ilk dəfə Azərbaycanda

Hazırda oxunan: UFC ilk dəfə Azərbaycanda

243697

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

Bizim.Media xəbər verir ki, yarışma 21 iyun, Bakı Kristal Zalında baş tutacaq.

Döyüş yarışı UFC, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə həyata keçiriləcək.

Tədbirin əsas döyüşündə keçmiş UFC yarım ağır çəki çempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill, 7-ci yerdəki Xəlil Raundtri Jr.-lə qarşılaşacaq.

Tədbir üçün biletlər 25 aprel tarixində, saat 10:00-da (Bakı vaxtı ilə) “iTicket” platforması üzərindən satışa çıxarılacaq. UFC Fight Club üzvləri üçün erkən satış 23 aprel, çərşənbə günü saat 10:00-da, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə 24 aprel, cümə axşamı saat 10:00-da start götürəcək.

Qeyd edək ki, UFC prezidenti və baş icraçı direktoru Dana Vayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıb. İmzalanma mərasimi şənbə günü keçiriləcək UFC 314: Volkanovski vs. Lopes döyüşündən öncə Mayamidə baş tutub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO