Xanlar Vəliyev parlamentdə AND İÇDİ – VİDEO

Xanlar Vəliyev parlamentdə AND İÇDİ – VİDEO

Hazırda oxunan: Xanlar Vəliyev parlamentdə AND İÇDİ – VİDEO

243602

"Konstitusiya Məhkəməsinə hakim təyin olunmağımla bağlı Milli Məclisə müraciət etdiyinə görə möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirirəm".

Bizim.Media xəbər verir ki, bunu sabiq hərbi prokuror Xanlar Vəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı andiçməsi zamanı bildirib.
 

“Eyni zamanda, sədr və millət vəkillərinə mənim bu vəzifəyə seçilməyimlə bağlı səs verdiyinə görə təşəkkürümü bildirirəm. 


Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələlərin müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm”, - deyə X.Vəliyev bildirib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.    


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO