Rəqəmsal sahədə liderliyə doğru - Data hesablamalarının effektini daha necə artıra bilərik? - FOTO

Rəqəmsal sahədə liderliyə doğru - Data hesablamalarının effektini daha necə artıra bilərik? - FOTO

Hazırda oxunan: Rəqəmsal sahədə liderliyə doğru - Data hesablamalarının effektini daha necə artıra bilərik? - FOTO

243548

Azərbaycanda süni intellekt sahəsində qabaqcıl şirkətlərdən biri olan "Neurotime" və ADA Universitetinin təşkilatçılığı ilə 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu baş tutub.

Bizim.Media xəbər verir ki, bu il foruma ADA Universiteti ev sahibliyi edib.

süni intellektin bu günü və gələcəyi ilə bağlı qlobal müzakirələrin aparıldığı, onun cəmiyyətə, iqtisadiyyata və texnologiyaya təsirinun təhlil olunduğu forumda ADA Universiteti, Florida Texnologiya İnstitutu, Nyu York Universiteti, Tallin İnstitutu və Kolumbiya Universitetinin professorları çıxış ediblər. 

Onlar innovasiyalar və süni intellektin gələcək perspektivləri barədə danışıblar.  Eyni zamanda yerli və beynəlxalq mütəxəssislər, tədqiqatçılar, sahibkarlar və dövlət nümayəndələri iştirak ediblər. 

Tədbirin təşkilatçısı, "Neurotime" şirkətinin CEO - Vüqar Cavadov jurnalistlərə açıqlamasında forumun əhəmiyyəti barədə danışıb: 

"Azərbaycanda süni intellektin sənaye, səhiyyə, media, təhsil, kənd təsərrüfatı və digər sahələrdə tətbiqi üzrə mövcud imkanlar və gələcək perspektivlər Forumun əsas mövzuları arasında yer alır".
 

Florida Texnologiya Universitetinin professoru, Veton Kepuska qeyd edib ki,  tədbir çərçivəsində süni intellekt və Big Data sahəsindəki ən son texnoloji yeniliklər və innovativ həllər təqdim olunur.


"Burada olmaqdan dolayı məmnunluq hissi duyuram. Bu tədbirin təşkilatçıları bizim tələbələrimiz olublar. Süni zəka olduqca önəmli bir mövzudur. Biz illər əvvəl bu barədə danışanda bir qədər inandırıcı görünmürdü. Lakin bu gün bu məsələ barədə innovativ həllər təqdim edirik. Düşünürəm ki, Forum böyük əhəmiyyətə sahibdir",- deyə o fikrini yekunlaşdırıb.

ADA Universiteti İnformasiya texnologiya və  mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov Forumun əsas məqsədlərindən bəhs edib. 

"Əsas məqsəd sənaye, təhsil, media və akademik sahələrdə olan mütəxəssisləri bir araya toplamaq və süni intellekt, texnologiya sahəsində baş verən yenilikləri müzakirə etməkdir. Texnologiya hər birimizin həyatında mühüm yer tutur. Tədbirdə bir çox vacib suala cavab tapmağa çalışacağıq: texologiyanı daha effektiv hala necə gətirə bilərik, data hesablamalarının effektini necə artıra bilərik, dövlət və sənayedəki rəqamsallığı necə artıra bilərik və s."

Qeyd edək ki, 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu Azərbaycanın süni intellekt və rəqəmsal transformasiya sahəsində regional liderliyə doğru atdığı addım kimi qiymətləndirilir. 


















Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO