Gəncə universitetindən işdən çıxarıldığı üçün qolunu kəsən qadının SON DURUMU

Gəncə universitetindən işdən çıxarıldığı üçün qolunu kəsən qadının SON DURUMU

Hazırda oxunan: Gəncə universitetindən işdən çıxarıldığı üçün qolunu kəsən qadının SON DURUMU

243544

Xəbər verildiyi kimi Gəncədə ali məktəbin binasında özünə xəsarət yetirən işçinin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna bildirilib ki, 11.04.2025-ci il tarixində saat 09:50 radələrində 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
 

“Daxil olan pasiyentə sol saidin kəsilmiş yarası diaqnozu təyin edilib və ona zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.  


Qeyd edək ki, GDU-nun dəftərxanasının əməkdaşı olan 1988-ci il təvəllüdlü Günay Məmmədova xəbəriz işdən çıxarılmas səbəbindən özünə xəsarət yetirib. O, dərhal xəstəxanaya yerləşdirilib. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO