Ata oğlunun şəhid olduğu tarixdə DÜNYASINI DƏYİŞDİ – FOTO

Ata oğlunun şəhid olduğu tarixdə DÜNYASINI DƏYİŞDİ – FOTO

Hazırda oxunan: Ata oğlunun şəhid olduğu tarixdə DÜNYASINI DƏYİŞDİ – FOTO

243423

Biləsuvarda şəhid atası İsbət Qafarov dünyasını dəyişib

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, I Qarabağ müharibəsində şəhid olan Xanlar Qafarovun atası – İsbət Qulam oğlu Qafarov 86 yaşında vəfat edib.

İsbət Qafarov 1939-cu ildə Lerik rayonunda anadan olub. 1973-cü ildə ailəsi ilə birlikdə Biləsuvar rayonunun İsmətli kəndinə köçüb. Həmin ildə həyat yoldaşı Xanımbacı ilə birgə ailəsində dördüncü övlad – Xanlar dünyaya gəlib. Onların ailəsində ümumilikdə 3 oğul və 4 qız böyüyüb.

Şəhid Xanlar Qafarov 1993-cü ildə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, İsmətli kənd qəbiristanlığında dəfn edilib. Hal-hazırda onun adını daşıyan məktəb İsmətli kənd tam orta məktəbidir.

İsbət Qafarov bu gün, aprelin 10-da, şəhid oğlunun şəhadətinin 32-ci ildönümündə torpağa tapşırılıb.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO