“Murov az Terminal”dan çətin qələbə - FOTO

“Murov az Terminal”dan çətin qələbə - FOTO

Hazırda oxunan: “Murov az Terminal”dan çətin qələbə - FOTO

243292

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XIX turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, tura Gəncədə start verilib.

Şəhərin eyniadlı komandası çempionatın autsayderi UNEC-i sınağa çəkib. Gəncəlilər çətinlik çəkmədən 3:0 hesabı ilə qalib gəliblər.
 

Digər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub. Öncə “Azərreyl” lider “Abşeron”a uduzub. "Milli Aviasiya Akademiyası" - “Murov Az Terminal” görüşü daha gərgin alınıb. Qalib 5 setin yekununda bəlli olub. “Murov Az Terminal” 3:2 hesabı ilə qalib gəlib.


Bu nəticələrdən sonra lider ən yaxın izləyicisi ilə xal fərqini 9-a yüksəldib.

Yüksək Liqa, XIX tur

9 aprel

14:00. UNEC – “Gəncə” - 0:3 (17:25, 14:25, 19:25)

Gəncə İdman Sarayl

16:00. “Azərreyl” – “Abşeron” - 0:3 (21:25, 15:25, 16:25)

GİN-in Voleybol Mərkəzi

18:00. “Milli Aviasiya Akademiyası” – “Murov Az Terminal” - 2:3 (21:25, 25:18, 25:27, 25:18, 12:15)

GİN-in Voleybol Mərkəzi


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO