Xalq artisti Emin Ağalarovun adından istifadə edərək süni intellekt texnologiyası vasitəsi ilə dələduzluq etməyə cəhd ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə E.Ağalarov sosial şəbəkə hesabında məlumat yayıb.
Emin vurğulayıb ki, onun simasından və səsindən istifadə edərək insanlara müxtəlif vədlər verirlər. O, izləyicilərini bu tip videolara inanmamağa çağırıb:
"Dostlar ehtiyatlı olun, dələduzlar var. İnternetdə süni zəka ilə yaradılan video yayılıb. Yeri gəlmişkən, çox da yaxşı hazılanıb. Düzdür, səs o qədər də oxşamır, amma mimika və danışıq bənzəyir. Orada deyir: "Sizə maliyə azadlığı təklif edirəm". Bu, mən deyiləm. Onlar dələduzlardır. Onlara qulaq asmayın. Heç bir platformada heç kimə gəlir vəd etmirəm. Bunlara inanmayın. Xahiş edirəm, ehtiyatlı olun! Bütün rəsmi və etibarlı məlumatlar yalnız mənim sosial şəbəkə hesablarımdadır”.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:19 / 09.04.2025
Eminin adından dələduzluq etmək istədilər – VİDEO
Hazırda oxunan: Eminin adından dələduzluq etmək istədilər – VİDEO
Hazırda oxunan: Eminin adından dələduzluq etmək istədilər – VİDEO
243215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.