DİN-dən kiberdələduzlarla bağlı daha bir XƏBƏRDARLIQ: “Bloklanmalıdır!”

DİN-dən kiberdələduzlarla bağlı daha bir XƏBƏRDARLIQ: “Bloklanmalıdır!”

Hazırda oxunan: DİN-dən kiberdələduzlarla bağlı daha bir XƏBƏRDARLIQ: “Bloklanmalıdır!”

243150

Aprelin 8-də müxtəlif kiber üsullarla vətəndaşların 87 067 manatı talanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir:

"Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.
 

Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".


DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir:

"Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO