Çempionlar Liqası: “Arsenal” “Real Madrid”i darmadağın etdi – VİDEO

Çempionlar Liqası: “Arsenal” “Real Madrid”i darmadağın etdi – VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: “Arsenal” “Real Madrid”i darmadağın etdi – VİDEO

243123

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turnirin son qalibi olan İspaniya "Real Madrid"i İngiltərədə "Arsenal"a böyük hesabla uduzub - 0:3. London klubunun qollarını 58 və 70-ci dəqiqələrdə Deklan Rays, 75-ci dəqiqədə Mikel Merino vurublar.

Almaniyanın "Bavariya" klubu isə öz meydanında İtaliya "İnter"i ilə bacarmayıb. Milan klubu səfərdə 2:1 hesablı qələbə qazanıb. Qonaqların heyətində 38-ci dəqiqədə Lautaro Martines, 88-ci dəqiqədə Davude Fratezi fərqləniblər. Meydan sahiblərinin yeganə qoluna isə 85-ci dəqiqədə Tomas Müller imza atıb.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu bu gün keçiriləcək.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO