İspan klubunda yumruq davası - FOTO

İspan klubunda yumruq davası - FOTO

Hazırda oxunan: İspan klubunda yumruq davası - FOTO

243112

La Liqanın 30-cu turunda keçirilən "Valyadolid" – "Xetafe" (0:4) matçında insident baş verib.

Bizim.Media xəbər verir ki, görüşün 67-ci dəqiqəsində meydan sahiblərinin texniki zonasındakı ehtiyat oyunçularından olan Luis Peres və bir neçə dəqiqə əvvəl əvəzlənən Xuanmi Latasa arasında dava başlamaq üzrə idi.

Peres komanda yoldaşına əlini qaldıraraq zərbə vurub, lakin dəyməyib. Sonra isə münaqişəni onların arasında oturan oyunçu dayandırmağa çalışıb.

Hakimlər, o cümlədən hakim Alehandro Kintero Qonsales, buna heç bir reaksiya verməyiblər. VAR da müdaxilə etməyib.
 

Buna səbəb VAR-ın protokoludur. Qaydaya görə, əgər hadisə meydanda kənarda baş verdiyindən, yəni ehtiyat oyunçuların zonasındakı oturacaqlarda baş verdiyinə görə VAR tərəfdən müdaxilə ola bilməz.


Qeyd olunur ki, "Valyadolid" rəhbərliyi Luis Peresə böyük pul cəzası tətbiq edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO