Meyiti İrandan gətirilən balıqçının qardaşı danışdı - VİDEO

Meyiti İrandan gətirilən balıqçının qardaşı danışdı - VİDEO

Hazırda oxunan: Meyiti İrandan gətirilən balıqçının qardaşı danışdı - VİDEO

243031

2025-ci ilin yanvarın 13-də itkin düşmüş hesab edilən balıqçı Lənkəranın Siyəvar kənd sakini 41 yaşlı Mahmud İbayevin cənazəsi İrandan Azərbaycana gətirilib.

Bizim.Media xəbər verir ki, mərhum balıqçının qardaşı Rəşad İbayev jurnalistlərə açıqlamasında onun ölkəyə gətirilməsi prosesindən danışıb.

"İrana gedəndə dedilər ki, sənədləri toplamaq lazımdır. İki gün içində aidiyyəti qurumlardan tələb olunan sənədləri yığdım. Daha sonra DNT analizi verməli oldum. Bundan sonra işlər bir az da çətinləşdi. Bütün sənədləri toplamaq bir həftə çəkdi. Nəhayət, qardaşımı Azərbaycana gətirə bildim. Artıq ziyarət etməyə yerimiz var", - deyə o bildirib.

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO