Lənkəranda naringiyə görə İNSİDENT - Ata oğlunu GÜLLƏLƏDİ

Lənkəranda naringiyə görə İNSİDENT - Ata oğlunu GÜLLƏLƏDİ

Hazırda oxunan: Lənkəranda naringiyə görə İNSİDENT - Ata oğlunu GÜLLƏLƏDİ

242776

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mətləb Quliyevin (ad və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Quliyev, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 20 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18 radələrində Astara rayonu, Vaqo kəndində qeydə alınıb.
 

Belə ki, Mətləb Quliyev özü və oğlu, zərərçəkmiş Mahir Quliyev (ad, soyadı şərtidir) yaşadığı evin həyətyanı sahəsində əkdiyi naringi ağaclarındakı meyvələri icazəsiz dərib satıb. Buna görə onların arasında mübahisə yaranıb. Bu zaman o, oğluna bir dəfə üz nahiyəsindən yumruqla zərbə vurub, Bundan sonra o, yaşadığı evdə saxladığı ov tüfəngini götürərək Mahir tərəfə açıb və onu yaralayıb.


Hadisədən sonra Mətləb Quliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO