Premyer Liqaya iddialı «İmişli» iki futbolçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, Cavidan İzzətli və Gilyerme Souza düşərgədən uzaqlaşdırılıb. Bu barədə qərarı klub rəhbərliyi verib.
Onların göstərişinə əsasən, hər iki müdafiəçi komandadan kənarlaşdırılıb. Səbəb yerli və braziliyalı oyunçuların daxili nizam-intizam kodeksini kobud şəkildə pozmasıdır.
«İmişli» I Liqanın liderlər qrupundadır. Aktivində 37 xal olan aranlılar turnir cədvəlinin 3-cü pilləsində məskunlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:29 / 06.04.2025
Azərbaycan klubu iki futbolçunu QOVDU
Hazırda oxunan: Azərbaycan klubu iki futbolçunu QOVDU
Hazırda oxunan: Azərbaycan klubu iki futbolçunu QOVDU
242618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.