UEFA “Real”ın futbolçularını CƏZALANDIRDI

UEFA “Real”ın futbolçularını CƏZALANDIRDI

Hazırda oxunan: UEFA “Real”ın futbolçularını CƏZALANDIRDI

242478

UEFA "Real"ın iki futbolçusunu cəzalandırıb, birinə isə pul cəzası verib.

Bizim.Media xəbər verir ki, buna səbəb Çempionlar Liqası 1/8 final mərhələsinin "Atletiko" ilə cavab matçından sonra baş verənlərdir.

Qurum Antonio Rüdigerə 1 oyunluq cəza verib, 40 min avro cərimələyib. Kilian Mbappe də 1 matçlıq cəzaya məruz qalıb. Fransalı hücumçu həmçinin, 30 min avro məbləğində cərimələnib.

Cəzalar dərhal tətbiq olunmayacaq, 1 il ərzində keçərli olacaq. "Real"ın yarımmüdafiəçisi Dani Sebalyos isə 20 min avro cərimə edilib.

Qeyd edək ki, "Real" "Atletiko"nu penaltilər seriyasında məğlub edərək adını 1/4 finala yazdırıb.

Qarşılma bitdikdən sonra futbolçular qələbəni qeyd edərkən ev sahibi komandanın azarkeşlərinə qıcıqlandırıcı jestlər etmişdi. "Real" 1/4 finalda "Arsenal"la üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO