Türkiyədə daha bir hotel YANĞINI – VİDEO

Türkiyədə daha bir hotel YANĞINI – VİDEO

Hazırda oxunan: Türkiyədə daha bir hotel YANĞINI – VİDEO

242385

Türkiyənin cənub-qərbində beşulduzlu hoteldə baş verən yanğında 6 nəfər xəstəxanalıq olub.

Bizim.Media DHA nəşrinə istinadən xəbər verir ki, hadisə Muğla vilayətinin Marmaris şəhərində baş verib.

Məlumata görə, hoteldə ümumilikdə 680 nəfər olub. Onların təxliyyəsi uğurla həyata keçirilib. 
 

İddialara görə, yanğın qazanxanada başlayıb, sonra otaqlara keçib. Nəticədə, altı nəfər tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur.


Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda “Grand Kartal” hotelində də yanğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub. Baş verən faciədən sonra Türkiyə hotellərində yoxlamalar aparılmağa başlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO