Goranboyu sel basdı - FOTO

Goranboyu sel basdı - FOTO

Hazırda oxunan: Goranboyu sel basdı - FOTO

24237

Gecədən başlayan güclü  yağış Goranboyda  selə səbəb olub.

Bizim.Media-ya rayon icra hakimiyyətindən verilən məlumata görə, Gorançay, Qaraçay və Kürəkçay çaylarında suyun səviyyəsinin artması nəticəsində rayonunun 8 yaşayış məntəqəsində fərdi təsərrüfatlara, yol infrakstrukturuna, biçilməmiş taxıl və digər kənd təsərrüfatı təyinatlı bitkilərə qismən ziyan dəyib. Sel suları evlərə, ictimai iaşə obyektlərinə dolub. 

Həmçinin Bakı-Qazax avtomagistralının üzərində yerləşən körpünün hər iki ətrafı su ilə dolduğundan orada avtomobillərin hərəkəti çətinləşib. Yaranan problemin  aradan qaldırmaq üçün FHN-in avtomobilləri əraziyə cəlb edilib.

Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, gecə saatlarından başlayaraq, fəsadların aradan qaldırılması istiqamətində operativ işlərə start verib. Hazırda bu sahədə tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO