Prezident: “Şərqi Zəngəzur və Qarabağda öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq”

Prezident: “Şərqi Zəngəzur və Qarabağda öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq”

Hazırda oxunan: Prezident: “Şərqi Zəngəzur və Qarabağda öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq”

242363

“Biz deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün daha mühüm rol oynayacaq”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Cənub Qaz Dəhlizi ilə bağlı iclasda İŞTİRAK EDİR


Bu gün artıq investorlarımızla imzalanmış müqavilələrin olduğunu söyləyən dövlət başçısı vurğulayıb:

“Bu, Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd edirəm ki, nəticədə xeyli təbii qaza qənaət etmək imkanı yaranacaq ki, hazırda həmin qaz ölkə daxildə istehlak olunur və ixraca yönəldiləcək. Biz, eyni zamanda, öz investisiyalarımızla öz hidroenerji potensialımızı artırırıq, xüsusən də Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgələrində”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO