“Düşünürəm ki, Amerika Birləşmiş Ştatları hər iki tərəf arasında sülhün tərəfdarıdır və ABŞ sülhün təmin olunmasında maraqlıdır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Çin və Yaxın Şərq üzrə siyasi ekspert Con Rossamando deyib.
Azərbaycanın artan nüfuzu və İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar barədə danışan analitik, xüsusən nəqliyyat komunikasiyalarının açılmasını Vaşinqton üçün önəmli hesab edir:
“Demək olar ki, ABŞ-ın diqqəti Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhliziylə bağlı olan anlaşmanın təmin etməkdir. Amma bildirdiyim kimi, ABŞ hər iki ölkə arasında, yəni Azərbaycanla Ermənistan arasında böyük razılığın, sülhün yaranmasına əsaslı olaraq cəhd edir. ABŞ-ın dəhlizlə bağlı olan yanaşması hər iki tərəf üçün münasibətlərin və sülhlə bağlı razılığının təmin olunmasına əsaslanır”, - deyə analitik bildirib.
Con Rossamando əlavə edib ki, Zəngəzur dəhlizində Çin və ABŞ-nın maraqları ortaqdır:
“Bəli, Çinin də Zəngəzur dəhlizində marağı var. Əsasən də, Çin öz məhsullarının bu yolla tranzitində maraqlıdır. Bundan əlavə, Pekinin yanaşması Türkiyə ilə münasibətləri və ticarət əməkdaşlığının yaradılmasını da nəzərdə tutur”.
Tehran Orucoğlu, Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:40 / 04.04.2025
ABŞ-dan Zəngəzurla bağlı GÖZLƏNİLMƏZ REAKSİYA – “Çinlə maraqlarımız ortaqdır” – ÖZƏL
Hazırda oxunan: ABŞ-dan Zəngəzurla bağlı GÖZLƏNİLMƏZ REAKSİYA – “Çinlə maraqlarımız ortaqdır” – ÖZƏL
Hazırda oxunan: ABŞ-dan Zəngəzurla bağlı GÖZLƏNİLMƏZ REAKSİYA – “Çinlə maraqlarımız ortaqdır” – ÖZƏL
242341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.