Tovuzda itkin düşən məktəbli qızı sonuncu dəfə Gəncədə görüblər.
Bizim.Media "Unikal"a istinadla xəbər verir ki, itkin düşən 2012-ci il təvəllüdlü A.Süleymanova Gəncədə yerləşən xəstəxanaların birinin qarşısında avtobusdan düşüb.
MÖVZU İLƏ BAĞLI:
Tovuzda itkin düşən 13 yaşlı qızın atası DANIŞDI – ÖZƏL
Məktəblini xəstəxananın xadimələrindən biri görüb.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.
Bizim.Media