Kanada millisinin və “Malyorka”nın hücumçusu Kayl Larin Türkiyəyə qayıtmağa yaxındır.
Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Başakşehir” 29 yaşlı forvardı yayda heyətinə qatmaq istəyir.
Bununla bağlı isə Superliqa klubunun rəhbərliyi “Malyorka” ilə danışıqlara start verib.
Larin “Siqma”(Kanada), “Orlando Siti”(ABŞ), “Beşiktaş”(Türkiyə), “Zulte-Varegem”, “Brügge”(hər ikisi Belçika), “Valyadolid”(İspaniya) klublarında da oynayıb və 2023-cü ildən “Malyorka”da çıxış edir.
Onun İspaniya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:27 / 03.04.2025
“Beşiktaş”ın sabiq forvardı Türkiyəyə QAYIDIR
Hazırda oxunan: “Beşiktaş”ın sabiq forvardı Türkiyəyə QAYIDIR
Hazırda oxunan: “Beşiktaş”ın sabiq forvardı Türkiyəyə QAYIDIR
242298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.