AFFA rəsmisindən ETİRAF: “VAR müdaxiləsi və penalti qərarı verilməli idi”

AFFA rəsmisindən ETİRAF: “VAR müdaxiləsi və penalti qərarı verilməli idi”

Hazırda oxunan: AFFA rəsmisindən ETİRAF: “VAR müdaxiləsi və penalti qərarı verilməli idi”

242230

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında yaşanan mübahisəli epizodlara aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker “Araz-Naxçıvan” – “Qarabağ” (1:0) və “Neftçi” – “Sabah” (1:2) görüşlərindəki vəziyyətləri şərh edib.

Mütəxəssis öncə “Araz-Naxçıvan” - “Qarabağ” görüşünün 24-cü dəqiqəsindəki penalti epizoduna toxunub:

“Araz-Naxçıvan”ın yerinə yetirdiyi künc zərbəsi zamanı top yaxın dirəyə tərəf ötürülür. Bu komandanın 17 nömrəli futbolçusu (İssuf Paro) sağ ayağı ilə topla oynayır. Onun arxasında olan “Qarabağ”ın 7 nömrəli oyunçusu (Yassin Benzia) topa toxunmadan “Araz-Naxçıvan”ın üzvünün sağ ayağına zərbə vurur. Baş hakim oyunu davam etdirir. VAR müdaxilə edərək, baş hakimi epizodu izləməyə dəvət edir. Təkrar görüntülərə baxdıqdan sonra hakim “Araz-Naxçıvan”ın lehinə penalti təyin edir. Hakimin penalti qərarı doğrudur”.

De Bleker “Neftçi” – “Sabah” qarşılaşmasında iki epizodu dəyərləndirib. O, 19-cu dəqiqədəki penaltiyə şərh verib:

“Sabah”ın 17 nömrəli futbolçusu (Tellur Mütəllimov) cərimə meydanında “Neftçi”nin 91 nömrəli oyunçusunun (Ağadadaş Salyanski) ayağına arxadan zərbə endirdi. Hakimin penalti qərarını dəstəkləyirik”.

Mütəxəssis 90+1-ci dəqiqədəki hakim səhvini etiraf edib:

“Sabah”ın hücumu zamanı top bu komandanın 20 nömrəli futbolçusuna (Coy Lens Mikels) çatır. O, cərimə meydanı daxilində qapı xəttinə doğru hərəkət edir və topa zərbə vurur. Hücumçu topu vurduqdan sonra “Neftçi”nin 44 nömrəli oyunçusu (Yuri Matias) gecikərək onun ayağına təmas edir. Hakim oyunu davam etdirir və “Sabah”ın xeyrinə künc zərbəsi təyin edir. Hücumçunun ayağına təmas aşkar şəkildə görünür. Buna görə də biz penalti və VAR müdaxiləsini gözləyirdik”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO