Aprelin 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Şahdağ və Qubada 20 m/s, Goranboy və Altıağacda 19 m/s, Daşkəsən və Naftalanda 18 m/s, Şabranda 16 m/s, Lerikdə 15 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Ordubadda 4, Zaqatala və Şəkidə 3, Qax, Tovuz, Ceyrançöl, Balakən və Gədəbəydə 2, Lerik, Biləsuvar, Lənkəran, Göygöl, Gəncə, Şəmkir, Naxçıvan, Sədərək, Şərur, Şahdağ və Şahbuzda 1 mm-dir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında 24, Naxçıvan MR-da 22, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:00 / 03.04.2025
Bəzi rayonlarda yağış yağır – FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi rayonlarda yağış yağır – FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi rayonlarda yağış yağır – FAKTİKİ HAVA
242165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.