Göyçayda vətəndaşa məxsus yardımçı tikili yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Birinci Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb.
Rayon sakini 1948-ci il təvəllüdlü Manafov Tofiq Ağaibrahim oğluna məxsus ümumi sahəsi 200 kv metr olan tikili və içərisində olan xeyli sayda plastik yeşiklər yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu