Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırıb.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bu barədə jurnalistlərin suallarına cavabında bildirib.
“Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
İlham Əliyev bildirib ki, 2024-cü ilin yanvarına qədər Ermənistan təkidlə sülh müqaviləsinə salmaq istədiyi dırnaqarası “Dağlıq Qarabağ respublikası” yoxdur, bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:41 / 02.04.2025
İlham Əliyev: “Dağlıq Qarabağ respublikası” ancaq Ermənistanın xülyalarında mövcud olub
Hazırda oxunan: İlham Əliyev: “Dağlıq Qarabağ respublikası” ancaq Ermənistanın xülyalarında mövcud olub
Hazırda oxunan: İlham Əliyev: “Dağlıq Qarabağ respublikası” ancaq Ermənistanın xülyalarında mövcud olub
242030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.