“Rusiya və ABŞ tərəfi Ukrayna ilə danışıqlar prosesi üçün ayrılmış diplomatların işinə maneələri aradan qaldırmaq üçün ikinci görüşə hazırlaşır. Hələlik tərəflər telefon və videokonfrans vasitəsilə əlaqə saxlayırlar”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkə prezidenti Vladimir Putinin də iştirak etdiyi Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ və Rusiya arasında GİZLİ ANLAŞMA – Bu dövlətlərin sonu YAXINLAŞIR... – SENSASİON DETALLAR
O qeyd edib ki, Rusiya tərəfi Trampın milli təhlükəsizlik müşaviri Mayk Valsa Ukraynanın 30 günlük atəşkəs zamanı hücum etdiyi obyektlərin siyahısını təqdim edib.
Lavrov vurğulayb ki, rəsmi Kiyev tərəfindən pozuntulara baxmayaraq, Moskva razılaşmaya əməl etməkdə davam edir.
Qeyd edək ki, ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin həlli istiqamətində ilk görüş fevralın 28-də İstanbulda baş tutub.
Bizim.Media