"Səbail" bu gün "Kəpəz"lə üz-üzə gələcək

"Səbail" bu gün "Kəpəz"lə üz-üzə gələcək

Hazırda oxunan: "Səbail" bu gün "Kəpəz"lə üz-üzə gələcək

241539

Misli Premyer Liqasında XXVIII tura bu gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.

"Səbail" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma saat 16:00-da start götürəcək. Gəncə təmsilçisi 23 xalla doqquzuncu, Bakı klubu 18 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Tur saat 18:00-da başlayacaq "Zirə" - "Şamaxı" görüşü ilə başa çatacaq. Meydan sahibləri 52 xalla ikinci, qonaqlar 28 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası, IV dövrə

XXVIII tur

16:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Pərvin Talıbo

Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu

18:00. “Zirə”– “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" oyunlarında qalib müəyyənləşməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO