Başqalarının əl işlərini özlərininki kimi PAYLAŞANLAR – Hansı məsuliyyəti daşıyırlar?

Başqalarının əl işlərini özlərininki kimi PAYLAŞANLAR – Hansı məsuliyyəti daşıyırlar?

Hazırda oxunan: Başqalarının əl işlərini özlərininki kimi PAYLAŞANLAR – Hansı məsuliyyəti daşıyırlar?

241379

Bu gün sosial şəbəkələr hər sahəyə  təsir edir. Məsələn, artıq insanlar gedəcəkləri restorana, gözəllik salonuna, mağazaya onların sosial şəbəkələrindəki paylaşımlarına baxaraq qərar verirlər. Ancaq sosial şəbəkədəki şəkillərlə real görüntü heç də həmişə eyni olmur. Bəzən bəzi satış və xidmət səhifələri başqalarının əl işlərini, məhsullarını özlərinki kimi paylaşsalar da, eynisini edə bilmirlər. Bu da müştərilərin narazılığına səbəb olur. 

 Bəs bu zaman istehlakçıların hüquqları nələrdir?  

“Azad İstehlakçılar Birliyi”nin  sədri  Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, belə hallar istehlakçıların  hüquqlarının pozulmasıdır. 

“Ümumiyyətlə, bu kimi hallar sənaye mallarında da var. Bir dükan müəyyən  qiymətə məhsulları satır. Başqa bir dükandan da malların şəkillərini çəkir, ucuz qiymətə paylaşır.  Sadəcə olaraq müştərini özünə cəlb edir, onu başqa yerdə tikdirib, satır”. 

Müsahibimizin sözlərinə görə bu cür  problemlər qida sənayesində də var. 

“Bu, birmənalı şəkildə istehlakçı hüquqlarının pozulmasıdır, istehlakçının aldadılmasıdır. Belə halda istehlakçılara tövsiyyə edirəm ki, 012-599-76-00 nömrəsiylə Antihisar və Bazara Nəzarət Dövlət Agentliyinə və yaxud Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”.

Nəzrin Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO