Qızılın qiyməti 3100 dolları keçdi

Qızılın qiyməti 3100 dolları keçdi

Hazırda oxunan: Qızılın qiyməti 3100 dolları keçdi

241249

ABŞ-ın tarif tətbiqi müddəti yaxınlaşdıqca fond birjalarında indekslər enir, bu qızılın qiymətini yeni rekordlara çatdırır.

Bizim.Media birja məlumatlarına istinadən xəbər verir ki, COMEX birjasında aprel ayı qızıl fyuçersləri 1,6 faiz artaraq 1 troya unsiyası üçün 3070,1 dollara çatıb.
 

Bu, tarixi maksimumdur. İlin əvvəlindən kotirovkalar 15,2 faiz artıb.


Daha aktiv ticarət edilən iyun müqaviləsi ticarət zamanı tarixdə ilk dəfə bir unsiya üçün 3100 dolları ötüb.

Dünən ABŞ prezidenti Donald Tramp xaricdə istehsal olunan bütün avtomobillərə 25 faiz rüsum tətbiq etmək qərarına gəldiyini açıqlayıb. O, həmçinin Avropa İttifaqı və Kanada tariflərə qarşı əməkdaşlıq etsələr, onlar üçün tarifləri daha sərt artıracağına söz verib.

Goldman Sachs analitikləri 2025-ci ilin sonuna qızılın qiyməti ilə bağlı proqnozlarını bir unsiya üçün 3,1 min dollardan 3,3 min dollara qaldırıblar. Onlar qiymətlərin mərkəzi bankların bu qiymətli metala davamlı yüksək tələbatını və qızılla əlaqəli fondlara investor vəsaitlərinin gözləniləndən daha çox axınının təsiri ilə artacağını qeyd edirlər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO