Konstitusiya Məhkəməsindən vacib BƏYANAT

Konstitusiya Məhkəməsindən vacib BƏYANAT

Hazırda oxunan: Konstitusiya Məhkəməsindən vacib BƏYANAT

24111

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

"İşğaldan azad olunmuş Kəlbəcər rayonunun Susuzluq kəndində iyunun 4-də xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində ikisi peşəkar jurnalist - Azərbaycan Televiziyasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşları və biri dövlət qurumunun əməkdaşı olmaqla 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
 

Hərbi əməliyyatlar başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçıları tərəfindən quraşdırılmış minalara düşmüş və onlardan 27-si həlak olmuşdur.


Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi ilə bağlı Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan rəhbərliyi bundan imtina edir və bununla da beynəlxalq norma və beynəlxalq öhdəlikləri, beynəlxalq hüquq müqavilələrində təsbit edilmiş yaşamaq hüququ, sərbəst hərəkət etmə hüququ, təhlükəsiz yaşamaq hüququ və digər fundamental hüquqların tələblərini kobud şəkildə pozmaqda davam edir.

Beynəlxalq ictimaiyyət bununla bağlı müvafiq tədbirlər görməli və Ermənistanın hərbi-siyasi rəhbərliyini minalanmış ərazilərin xəritələrini təqdim etməyə məcbur etməlidir.

Beynəlxalq hüququn mühüm əsaslarından olan ədalət prinsipi insan hüquq və azadlıqlarının qorunması üçün bütün beynəlxalq ictimaiyyət tərəfindən təmin edilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO