14 gün sonra “JARA” başlayır – Festival yenidən Bakıya dönür?  

14 gün sonra “JARA” başlayır – Festival yenidən Bakıya dönür?  

Hazırda oxunan: 14 gün sonra “JARA” başlayır – Festival yenidən Bakıya dönür?  

24102

Xəbər verdiyimiz kimi, Xalq artisti Emin Ağalarov bu günlərədə Azərbaycandadır. O, özü sosial şəbəkələrdə İsmayıllıda dincəlməsi haqda və burada adını açqlamadığı bir layihəni də icra etdiyini açıqlayıb. 

Bundan sonra söz-söhbət dolanmağa başladı ki, Emin həm də “Jara” musiqi festivalının yenidən Bakıda keçirilməsi ilə bağlı müzakirələr də aparır. Amma hələ məsələ ilə bağlı konkretlik yoxdur. 

Emin Ağalarov isə bir qədər əvvəl məlumat vermişdi ki, bu il “Jara” Bakıda keçirilməyəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il “Jara” festivalı harada keçiriləcək? – Emin Ağalarov açıqladı - VİDEO


Bizim.Media xəbər verir ki, 2020-ci ildə dünyada tuğyan edən pandemiya səbəbilə hər il minlərlə insanı bir yerə toplayan musiqi festivalı da təxirə düşdü. 

Belə bir ehtimal vardı ki, festival 2021-ci ildə qaldığı yerdən Bakıda davam etdiriləcək. Lakin bu il mart ayında festivalın təşkilatçısı Emin Ağalarov İnstagram səhifəsində video yayımlayaraq, 2021-ci ildə “Jara” musiqi festivalının Bakıda deyil, Moskvada keçirilməsinə qərar verdiyi barədə açıqlama yayıb. 

May ayında isə Xalq artisti Emin Ağalarov "Jara" beynəlxalq musiqi festivalı ilə bağlı Moskvada ənənəvi "pre-party" keçirib. Musiqili tədbirin iyunun 23-dən 27-nə kimi Moskvada keçirilməsi planlaşdırılır. “Lujniki” stadionunda keçiriləcək tədbirdə 250 nəfər estrada ulduzu səhnədə öz performanslarını nümayiş etdirəcək. Musiqi bayramı Rusiyanın 1-ci kanalı ilə canlı yayımlanacaq.

Xatırladaq ki, 2016-ci ildən "JARA" Festivalı hər yay Bakıda Xəzər dənizi sahilində, Sea Breeze Resort istirahət mərkəzində keçirilirdi. Azərbaycanda keçirilən festivalda Bakı rəngarəng gecəyə ev sahibliyi edirdi. 

Üç gün keçirilən musiqi festivalında səhnəyə yerli şou-biznes nümayəndələri ilə bərabər Rusiya və xarici estrada ulduzları da çıxırdı.

İndi böyük ehtimalla “Jara” bir də 2022-ci ilə Bakıya dönə biləcək. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO