Türkiyə hökuməti sabah İmamoğlunu müzakirə edəcək

Türkiyə hökuməti sabah İmamoğlunu müzakirə edəcək

Hazırda oxunan: Türkiyə hökuməti sabah İmamoğlunu müzakirə edəcək

240981

Martın 24-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
 

Qeyd olunub ki, əsas müzakirə mövzularından biri İstanbul Böyük Şəhər Bələdiyyəsi ilə bağlı davam edən araşdırmalar, həmçinin şəhər meri Əkrəm İmamoğlu da daxil olmaqla korrupsiya və terrorçulara dəstək ittihamı ilə 106 nəfər haqqında davam edən istintaq prosesi olacaq. Məsələ hüquqi və siyasi baxımdan qiymətləndiriləcək.


Bundan başqa, Türkiyənin terrorla mübarizəsi, Suriya və Yaxın Şərqdəki vəziyyət barədə də fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, daha əvvəl Ə.İmamoğlu həbs olunub. Onunla yanaşı, daha 18 nəfər - Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoğlu, Əyyub Subaşı, Kamil Timur Dəlibaş, Murat Abbas, Mete Sarıaltun, Alpər Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçə haqqında həbs qərarı çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO