Maştağada birgə ƏMƏLİYYAT keçirildi

Maştağada birgə ƏMƏLİYYAT keçirildi

Hazırda oxunan: Maştağada birgə ƏMƏLİYYAT keçirildi

240715

Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyat nəticəsində yarımkilodan çox narkotik aşkarlanaraq müsadirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə sözügedən dövlət qurumlarının birgə məlumatında bildirilib.

“Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Dilavər Məhərrəm oğluna məxsus 528,025 qram heroin, 31,48 qram qurudulmuş marixuana və 317,322 qram metamfetamin Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 210 ünvanda aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO