İsrail ordusu Qəzzada Tell əs-Sultan rayonunu tam mühasirəyə alıb

İsrail ordusu Qəzzada Tell əs-Sultan rayonunu tam mühasirəyə alıb

Hazırda oxunan: İsrail ordusu Qəzzada Tell əs-Sultan rayonunu tam mühasirəyə alıb

240702

İsrail hərbi qüvvələri Qəzza zolağının cənubunda Rəfah şəhərinin qərbində yerləşən Tell əs-Sultan rayonunu tam mühasirəyə alıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Son saatlarda qoşunlar Rəfahdakı Tell əs-Sultanın mühasirəsini tamamlayıblar. Əməliyyatın məqsədi Qəzzanın cənubunda təhlükəsizlik zonasını genişləndirmək üçün bu bölgədəki terror obyektlərini və terrorçuları məhv etməkdir”, – bəyanatda deyilir.

Tell əs-Sultanın mühasirəsi zamanı gecə ərzində hərbçilər bir neçə terrorçunu məhv ediblər, həmçinin son bir neçə ay ərzində HƏMAS terrorçuları tərəfindən komanda-nəzarət qərargahı kimi istifadə olunmuş obyektə məqsədyönlü basqın keçiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO