Azərbaycanda milyonlar qazanan Almaniya şirkətinin 330 minlik borcu var

Azərbaycanda milyonlar qazanan Almaniya şirkətinin 330 minlik borcu var

Hazırda oxunan: Azərbaycanda milyonlar qazanan Almaniya şirkətinin 330 minlik borcu var

240694

Almaniyanın məşhur “DrillTec GmbH” şirkətinin Azərbaycandakı filialının vergiyə külli miqdarda borcu yaranıb.

Bizim.Media xəbər verir ki, şirkətin hazırda vergiyə yaranmış borcu 330 min manatdır.

Şirkət Azərbaycanda milyonlarla manat dəyəri olan bir neçə böyük layihənin icrasını həyata keçirib. Şirkət neft-qaz kəmərlərinin çəkilməsi, qazma və boru kəmərlərinin quraşdırılması kimi iri layihələri icra edir.

Rəsmi məlumatlarda şirkətin aldığı layihələrdən birinin dəyəri 26 milyon manat olaraq göstərilir. Bu məbləğ şirkətə Cənubi Qafqaz Boru Kəmərinin 5 çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işlərinə görə ayrılıb.

Bundan başqa da şirkət bir neçə böyük layihənin icrasını həyata keçirib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO