Bakıda qadının əməliyyatdan sonra ölməsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Arzu Süleymanovanın mayın 11-də “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Plastik cərrahiyyədə yeni trendlər: "Braziliya poposu" – Qadınlar niyə Jennifer Lopez olmağa can atır
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media